Главная > Kriminal > Bakıda gənc qadın intihara cəhd edib

Bakıda gənc qadın intihara cəhd edib


4-02-2017, 15:49.

Bakıda intihara cəhd olub.

 

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonu Binəqədi qəsəbənin 2-ci mədən küçəsi, korpus 74-də baş verib. 

 

Belə ki, 1995-ci il təvəllüdlü R.X. ad-soyadlı qadın yaşadığı evin tavanından özünü asmağa cəhd edib. Lakin intiharın qarşısı alınıb.

 

O, Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğuna görə dindirilməsi mümkün olmayıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


Вернуться назад