Главная > Ölkə > “N!da”nın 6 yaşı qeyd edildi-FOTOLAR

“N!da”nın 6 yaşı qeyd edildi-FOTOLAR


4-02-2017, 17:40.

Bu gün "Nida” Vətəndaş Hərəkatının 6 yaşı qeyd edildi.

Müsavat Partiyasının qərargahında təşkil olunan tədbirdə Nidaçılar və siyasi məhbusların valideynləri ilə yanaşı, müxalifətin geniş spektri iştirak edirdi.

Öncə Nidanın fəaliyyəti haqqında film nümayiş etdirildi.

Sonra Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Nidanın qurucularından biri olan Məcid Mərcanlı, ReAl Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Erkin Qədirli, İstiqlalçı millət vəkili İsgəndər Həmidov, VHP-nin icra katibi Samir Əsədli, tanınmış jurnalistlər Xədicə İsmayıl və Zamin Hacı, vəkil Nemət Kərimli, Nidaçı vicdan əhbusları Qiyas İbrahimin və İlkin Rüstəmzadənin valideynləri çıxış etdilər.

Çıxışlarda qeyd edildi ki, Nida təşkilatı hakimiyyətinin total repressiyası ilə üzləşməsinə rəğmən ölkədə gənclərin azadlıq uğrunda mübarizəsinin simvoluna çevrilib. 2013-cü ildən başlayaraq onlarla Nidaçı gənc həbs olunub.

Onlardan Qiyas İbrahim, Bayram Məmmədov, İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, Əbdül Əbilov bu gün də həbsdədirlər.Ötən illərdə onlarla gənclər təşkilatı yaradılsa da, yalnız "Nida” özünü təsdiq edə, cəmiyyətin böyük rəğbətini qazana bilib.Nidaçı gənclərin tədbirləri özünəməxsusluğu ilə seçilib, xüsusən "Əsgər ölmlərinə son” şüarı altında keçirilən aksiyalar hakimiyyətin orduya diqqət yetirməsinə, əsgər ölümlərinin sayının azalmasına səbəb olub.

Çıxışlardan sonra Nidanın himni oxundu, xatirə şəkilləri çəkildi, tədbir iştirakçıları torta qonaq edildi.

 

 

Mustafa Hacıbəyli, bastainfo.com

 


 


Вернуться назад