Главная > Mövqe > Fransa: “Trampın göstərişləri qəbuledilməzdir”

Fransa: “Trampın göstərişləri qəbuledilməzdir”


3-02-2017, 18:09.

ABŞ prezidenti Donald Tramp Avropa Birliyinə təzyiq edir.

 

Axar.az xəbər verir ki, bunu AB ölkələri liderlərinin Valettadakı qeyri-rəsmi sammitində çıxışı zamanı Fransa prezidenti Fransua Olland söyləyib.

 

"Trampın AB-yə hansı yöndə inkişaf etməsi haqqında göstərişlər verməsi qəbuledilməzdir. Çox ölkələr anlamalıdırlar ki, onlar ABŞ-la danışıqları AB üzvü kimi aparmalıdırlar. Yalnız bunu edəndən sonra öz istiqamətlərini ikitərəfli münasibətlərə yönəldə bilərlər”, – Olland bildirib.

 


Вернуться назад