Главная > Dünya > Gürcüstan: turistlərin sayı 32,4 faiz artıb

Gürcüstan: turistlərin sayı 32,4 faiz artıb


3-02-2017, 19:17.

2017-ci ilin yanvar ayında Gürcüstanı 154 min nəfərdən çox turist ziyarət edib. Novator.az bildirir ki, Milli Turizm Administrasiyasının hesabatına görə, yanvarda turistlərin sayı 2016-cı ilin ilk ayı ilə müqayisədə 32,4 faiz artıb.

 

Azərbaycandan Gürcüstana gedən turistlərin sayı ötən ay 2016-cı ilin yanvarı ilə müqayisədə 7,1 faiz çoxalıb. Rusiya turistləri üzrə 40,3 faiz, Ermənistan turistləri üzrə 31,4 faiz, Ukrayna turistləri üzrə 28,2 faiz artım qeydə alınıb.

 

Almaniyadan Gürcüstana gedən turistlərin sayında 32 faiz, Böyük Britaniyadan gedənlərin sayında 23 faiz artım olduğu bildirilir.

 

Rəsmi hesabata əsasən, 2016-cı ilin 9 ayında Gürcüstan xarici turizmdən 1,7 milyard dollar gəlir əldə edib. Ümumi daxili məhsulda turizmin payı 7,3 faiz olub.

 


Вернуться назад