Главная > Ölkə > Yaponiya Azərbaycana yeni səfir təyin edib

Yaponiya Azərbaycana yeni səfir təyin edib


3-02-2017, 12:55.

Yaponiyanın Azərbaycandakı yeni səfirinin adı məlum olub.

 

"Report"Yaponiya KİV-inə istinadən xəbər verir ki, Yaponiya hökuməti ölkənin xaricindəki səfirləri vəzifəsinə bir sıra təyinatlar həyata keçirib.

 

Beləliklə, 60 yaşlı Teruyuki Katore Yaponiyanın Azərbaycandakı yeni səfiri təyin edilib. O, bundan əvvəl Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyində baş direktor vəzifəsində çalışıb.

T.Katore bu postda 2013-cü ildən Yaponiyanın Bakıdakı səfiri olan Tsuqui Takahaşini əvəz edəcək.

 


Вернуться назад