Главная > Aktual > BMT-dən FETÖ-yə zərbə – Şəbəkəyə bağlı olan təşkilatların statusu ləğv olunur

BMT-dən FETÖ-yə zərbə – Şəbəkəyə bağlı olan təşkilatların statusu ləğv olunur


2-02-2017, 20:01.

BMT-nin Qeyri-Hökumət Təşkilatları Üzrə Komitəsi Gülən şəbəkəsinə aid olan dərnəyi, Jurnalistlər və Yazarlar Vəqfi və Türkiyə İş Adamları və Sənayeçiləri Konfederasiyası (TUSKON) haqda qərar qəbul edib.

 

Avropa.info xəbər verir ki, komitə adıçəkilən qurumların BMT-dəki məsləhətçi statuslarının ləğv olunması ilə bağlı tövsiyə xarakterli qərar qəbul edib.

 

Əldə olunan məlumata görə, QHT-lər Üzrə Komitənin tövsiyə xarakterli qərarının aprel ayında BMT-nin İqtisadi və Sosial Şurasında səsə qoyulacağı bildirilir.

 

BMT-nin Qeyri-Hökumət Təşkilatları Komitəsinin FETÖ-yə bağlı olan bu üç təşkilat haqda qəbul etdiyi qərarın Türkiyənin təşəbbüsü nəticəsində həyata keçirildiyi bildirilir.

 

QHT-lər bu status ilə BMT nəzdindəki beynəlxalq yığıncaqlara iştirak etmək və dövlətlərlə QHT-lərin görüşdüyü yığıncaqlarda söz demək haqqını əldə edir və həmçinin BMT-yə üzv ölkələrə iş sahələri ilə bağlı görüş və təkliflərini irəli sürə bilir.

 

Qeyd edək ki, Gülən şəbəkəsinin adıçəkilən təşkilatları ndan "Kimse Yok Mu” dərnəyinin 2010-cu ildə, Jurnalistlər və Yazarlar Vəqfi ilə TUSKON isə 2012-ci ildən məsləhətçi statusuna malikdirlər.

 


Вернуться назад