Главная > GÜNDƏM > Müsavat Partiyasının qarşısında aksiya keçirilib– VİDEO

Müsavat Partiyasının qarşısında aksiya keçirilib– VİDEO


2-02-2017, 18:35.

Bu gün saat 15:00-da bir qrup şəxs Müsavat Partiyasının qərargahı qarşısında aksiya keçirib.

Müsavatın mətbuat departamentindən verilən məlumatda bildirilir ki, hakimiyyət tərəfindən öyrədilmiş bir qrup insan partiyanın qərargahı önünə toplaşaraq Müsavatın, İsa Qəmbərin və Arif Hacılının unvanına təhqirlər söyləyiblər.

Polis onları müşayət edib. "Musavata ar olsun”, "Yaşasın Heydər Əliyev”, "Yaşasın İlham Əliyev” şuarı səsləndiriblər.

"Gələnlərin arasında yalnız 4 nəfər meqafonla çıxış edib. Qalan dəstə hara gəldiklərini belə bilmirdilər. Amma onları xorla şuar səsləndirməyə məcbur edirlər”, – məlumatda bildirilir.

Polis etirazçıları müşayət edib. Təqribən yarım saat sonra həmin şəxslər polisin göstərişi ilə Müsavatın qarargahından kənarlaşıblar.

Müsavat başqanı Arif Hacılı "Basta”ya açıqlamasında bu hadisəni hakimiyyətin artan narahaçılığının nəticəsi adlandırıb.

"Müsavat partiyasının ardıcıl prinsipial mövqeyi, artmaqda olan nüfuzu və iki gün əvvəl Novxanıda keçirdiyimiz izdihamlı mitinq hakimiyyəti narahat edib”, – Arif Hacılı bildirib.

r.


Вернуться назад