Главная > Yazarlar > Bəlkə...

Bəlkə...


1-02-2017, 18:31.

Mən intiharın statistikasından yazmayacağam... heç intiharın özündən də. Amma intihara sürükləyən bizlərdən yazmaya bilmərəm.

Atalar deyib nə əkərsən, onu da biçərsən. Bu məsəlin məcazi mənası min cür yozula bilər. Amma bu yazıda bir mənası odur ki, bu gün baş verən hadisələr öz əkdiklərimizdi ki, biciirik. Az yaşlı uşaqların, qadınların, kişilərin, ahılların o cümlədən tanınmışın, tanınmamaşın intiharı, əməlimizin nəticəsidi. Bir misal da var deyir, ağac əyildi, sındı, igid əyildi, öldü...

Bəlkə burdan başlayaq.. gündəlik həyatımızda fobiyalarımız komplekslərimiz, uğursuzluğumuz, pulsuzluğumuz, hörmət və nufuz qazana bilməməyimimizdən dolayı hər kəsi əyməyə və qırmağa çalışırıq. Öz gözümüzdə tiri görməyib, mikraskopla tük axtarırıq.. ta ki, insanın axırına çıxmayınca, məhv etməyincə rahatlanmırıq, dincəlmirik. Yanıla yanıla gedirik, dayanmırıq.

Bəlkə... nənələrimiz, analarımızın danışdığı dastanlar, bizi yanıldığından, bü gün hər kəsi igid bilib göyə qaldırır, sonra yerə vururuq....
Bəlkə... yerimiz səhv düşdüyündən...
Bəlkə... duyğu ilə reallığın ortasında çaşıqınlıqdan...
Bəlkə... gözləntilərimiz reallığa qovuşmur?
Bəlkə... insanları olduğu kimi sevməyi bizə öyrətmədiklərindən...

Ya da qədərində çox təkkəbür verib, ona qürür deyə öyrətdiklərindən...

Bəlkə... hay küylü xeyriyyəçiliyi mrəhəmət deyə qəbul edib , sonra isə səssizlik və biganəikdən ölürük.

Dünyada özünə qəsd problemi yoxdur... gözləntilər var.. Allahdan tutmuş bəndəyə kimi, hamıdan hər şey gözləyirik... Bir özümüzdən başqa..

Gözlədiklərimiz o qədər çoxdur ki, Allahın da gücü çatmır buna... Tanrı deyir səndən hərəkət, məndən bərəkət... hərəkəti olmayanın bərəkəti olmayanda isə əyilir, qırılır, adı intihar olur...

 

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova

 


 


Вернуться назад