Главная > GÜNDƏM > Amerikada müsəlmanlar üçün 24 milyon dollar toplandı: 1 gündə

Amerikada müsəlmanlar üçün 24 milyon dollar toplandı: 1 gündə


1-02-2017, 18:12.

ABŞ prezidenti Donald Trampın miqrantlara qarşı son qərarları hüquq müdafiəçilərini hərəkətə gətirib.

 Vətəndaş Azadlıqlarının Qorunması Uğrunda Amerika Birliyi bazar günü bir ildə toplanan vəsaitdən daha çox ianə toplayıb.

"Alman dalğası” radiosunun məlumatına görə, vəsait Trampın məlum bəyanatından sonra kütləvi şəkildə artmağa başlayıb.

Qurum təkcə bazar günü 24 milyon dollar ianə toplayıb. Bu isə qurumun bir ildə topladığından 6 dəfə çoxdur. Təşkilat nümayəndələrinin açıqlamasına görə, Tramp miqrasiya siyasətinin sərtləşdirilməsi barədə sərəncam imzaladığı andan etibarən inaələr artmağa başlayıb. 7 müsəlman ölkəsinin vətəndaşlarının ABŞ-a girişinə qoyulan qadağa miqrantlara yardım etmək istəyənlərin narazılığına səbəb olub.

Məlumat üçün bildirək ki, təşkilat 100 il əvvəl yaranıb. Hazırda öz sıralarında 750 min nəfəri birləşdirən təşkilat ölüm hökmü və polis zorakılığına qarşı çıxır. Təşkilatın mütəxəssisləri hər il vətəndaşların hüquq və azadlıqlarının pozulduğu ehtimal edilən minlərlə məhkəmə proseslərində iştirak edir.

Xəzər, cebhe.info

 


Вернуться назад