Главная > Kriminal > Türkiyədə FETÖ əməliyyatı: 19 nəfər tutuldu

Türkiyədə FETÖ əməliyyatı: 19 nəfər tutuldu


2-02-2017, 02:17.

Türkiyədə FETÖ təşkilatına qarşı əməliyyat təşkil olunub. 

 

Musavat.com-un məlumatına görə, ölkənin 6 rayonunda təşkil olunan əməliyyatda 7 əsgər həbs edilib. Onların arasında ordudan xaric edilən şəxslərin də olduğu bildirilib. Əməliyyat Giresun prokurorluğu tərəfindən aparılan FETÖ/PYD istintaqı çərçivəsində təşkil olunub və Manisa, Düzce, Hatay, Erzurum, Rize rayonlarını əhatə edib. 

 

FETÖ təşkilatına qarşı daha bir əməliyyat isə Kırıkkale əyalətində baş tutub. Aralarında polis və əsgərlərin olduğu 12 nəfərin saxlanıldığı bildirilir. 

 


Вернуться назад