Главная > Müsahibə > Cəlilabadlı Ramiz Həsənov Vidadi Zeynalovu necə ifşa etdi?

Cəlilabadlı Ramiz Həsənov Vidadi Zeynalovu necə ifşa etdi?


1-02-2017, 22:57.

Məlum "Rabitə işi”ndə daha bir qalmaqallı məsələ ilə bağlı dosye.az-a maraqlı məlumat daxil olub. Belə ki, adı saxta MMC-lərdə hallanan şəxs heç də sıradan biri olmayıb.

Məlumat verən mənbə vurğulayır ki, Vidadi Zeynalov saxta MMC-lər "Çinar MMC”, "Cavad MMC”, "Ceyhun94 MMC”, "İmaməli MMC” təsis edən Həsənov Ramiz Şirindil oğlunun hesabına 10 milyon manat pul vəsaiti köçürüb. Hətda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Ramiz Həsənov tərəfindən verilmiş izahatda göstərilib ki, ayrılan pul vəsaitlərin 35%-I Vidadi Zeynalova qaytarılıb.

Lakin yerdə qalan 65% pul vəsaitinin 50% mənimsənilib. Amma ayrılan vəsaitin 15% ilə işlər görülüb. Əslində, bir qurup cinayətkar əlbir olaraq dövlət vəsaitini mənimsəyib. Məlumat redaksiyamıza daxil olarkən dərhal adı hallanan Ramiz Həsənovla telefon əlaqəsi yaratdıq. Dosye.az-a açıqlama verən R.Nəsənov ümumiyyətlə adları qeyd edilən MMC-ləri tanımadığını bildirdi.

Növbəti yazılarımızda biləcəksiniz ki, Göbələk formalı poct şöbələri 2-3 min manata başa gəldiyi halda 80 min manat necə silinib?

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Uluyol.info

 


Вернуться назад