Главная > İdman > Avropada qış “transfer pəncərəsi”nin ən bahalı transferləri açıqlanıb-SİYAHI

Avropada qış “transfer pəncərəsi”nin ən bahalı transferləri açıqlanıb-SİYAHI


1-02-2017, 21:44.

Avropada qış "transfer pəncərəsi” artıq bağlanıb. Apasport.az saytının məlumatına görə, bu dönəmdə elə də çox ulduz keçidi reallaşmayıb.

 

Klublar futbolçularla daha çox icarə əsasında güclənməyə çalışıblar. Ancaq yüksək məbləğə baş tutan transferlər də olub. Bu baxımdan PSJ yenə diqqət mərkəzinə düşüb. Paris təmsilçisi iki oyunçunu heyətinə cəlb etmək üçün 70 milyon avro xərc çəkib.

 

Qış fasiləsində ən yüksək məbləğə başa gələn futbolçu isə Oskar olub. Çinin "Şanxay SİPQ” klubu braziliyalı yarımmüdafiəçini "Çelsi”dən 60 milyon avroya alıb.

 

Bu qış baş tutan ən bahalı transferlər bunlardı:

 

Oskar

"Çelsi”dən "Şanxay SİPQ”yə - 60 milyon avro

 

Yulian Draksler

"Volfsburq”dan PSJ-yə - 40 milyon

 

Qabriel Jezus

"Palmeyras”dan "Mançester Siti”yə - 32 milyon

 

Qonçalo Quedes

"Benfika”dan PSJ-yə - 30 milyon

 

Dmitri Paye

"Vest Hem”dən "Marsel”ə - 29,3 milyon

 

Odion İqola

"Uotford”dan "Çançun Yatay”a – 23,3 milyon

 

Morqan Şneyderlin

"Mançester Yunayted”dən "Everton”a – 22,9 milyon

 

Çendon Zanq

"Beijin Qoan”dan "Hebey Çayna Fortun”a – 20,4 milyon

 

Aksel Vitsel

"Zenit”dən "Tianjin Quanjian”a – 20 milyon

 

Leonardo Pavoletti

"Cenoa”dan "Napoli”yə - 18 milyon

 

Aleşandre Pato

"Vilyarreal”dan "Tianjin Quanjian”a – 18 milyon

 

Onyinye Ndidi

"Genk”dən "Lester”ə - 17,6 milyon

 

Manolo Qabbiadini

"Napoli”dən "Sauthempton”a – 17 milyon

 

Memfis Depay

"Mançester Yunayted”dən "Lion”a – 16 milyon

 

Elder Koşta

"Benfika”dan "Vulverhempton”a – 15,2 milyon

 

Mattia Kaldara

"Atalanta”dan "Yuventus”a – 15 milyon

 

Robbi Bredi

"Norviç”dən "Bernli”yə - 15 milyon

 

Saido Berahino

"Vest Bromviç”dən "Stok Siti”yə - 15 milyon

 

David Neres

"Sao Paulo”dan "Ayaks”a – 15 milyon

 

Ceffri Şlupp

"Lester”dən "Kristal Pelas”a – 13,8 milyon

 

Leon Beyli

"Genk”dən "Bayer”ə - 13,5 milyon

 

Stevan Yovetiç

"İnter”dən "Sevilya”ya – 13,5 milyon

 

Yunus Mallı

"Maynts”dan "Volfsburq”a – 12,5 milyon

 


Вернуться назад