Главная > Cəmiyyət > Karate ustası evindəki partlayışda dünyasını dəyişib

Karate ustası evindəki partlayışda dünyasını dəyişib


1-02-2017, 16:23.

Sumqayıtda yaşayış evində partlayış olub.

APA-nın məlumatına görə, hadisə bir neçə gün əvvəl baş verib. Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Rövşən Xaliq oğlu Veysəlova məxsus evdə baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə o özü, 1975-ci il təvəllüdlü həyat yoldaşı Dilarə Veysəlova və övladı Xaliq ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, R. Veysəlov bu gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, R. Veysəlov tanınmış idmançıdır. O karate üzrə qara kəmər ustası, əməkdar məşqçidir

 


Вернуться назад