Главная > Dünya > İran XİN-i ballistik raket sınaqları haqda bəyanat yaydı

İran XİN-i ballistik raket sınaqları haqda bəyanat yaydı


1-02-2017, 12:47.

Raket sınaqları İranın milli maraqları və təhlükəsizliyini müdafiə etməsi üçün ayrılmaz hüququdur.

 

Avropa.info xəbər verir ki, bu bəyanatla İranın XİN-nin nümayəndəsi Bəhram Qasemi çıxış edib.

 

"İran İslam Respublikasının prinsipial mövqeyini qeyd edərək deyirik ki, ballistik raket sınaqları İranın təhlükəsizlik hüququnun ayrılmaz hissəsidir və ölkənin beynəlxalq öhdəliklərini pozmur” – XİN nümayəndəsi belə deyib.

 

Qasemi qeyd edib ki, İranın nüvə proqramı müdafiə xarakteri daşıyır.

 

"İran ballistik raketlərindən heç biri nüvə başlığı daşıya bilməz, çünki raket proqramı BMT TŞ-nın İranın nüvə müqaviləsi ilə bağlı 2231 saylı qətnaməsinə daxil deyil” – Qasemi belə deyib.

Qeyd edək ki, İran 29 yanvarda orta mənzilli ballistik raketlərin buraxılışını keçirmişdi. Bununla bağlı ABŞ təcili surətdə BMT TŞ-nın qapalı iclasını çağırmışdı.

 


Вернуться назад