Главная > Kriminal > Bakıda saxta diplomu 700 manata satan şəxs saxlanılıb

Bakıda saxta diplomu 700 manata satan şəxs saxlanılıb


1-02-2017, 12:58.

Bakı Dövlət İqtisadiyyat Kollecinin saxta diplomunu satan şəxs saxlanılıb.

 

"Report"un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi şəhərində yaşayan Kəlbəcər şəhər sakini Orxan İsayev Bakı Dövlət İqtisadiyyat Kollecinin saxta diplomunu Xırdalan şəhərində 700 manata satarkən saxlanılıb.

 

Faktla bağlı araşdırmalara başlanlıb.

 


Вернуться назад