Главная > Cəmiyyət > Zaurun "5də 5"-i bağlanır-Sosial şəbəkələrdə aksiya başlandı-YENİLƏNDİ

Zaurun "5də 5"-i bağlanır-Sosial şəbəkələrdə aksiya başlandı-YENİLƏNDİ


1-02-2017, 13:39.

Xəzər tv-də yayımlanan "5də 5" verlişində yaşanan son arzuolunmaz olay bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusudur. Uluyol.info xəbər verir ki, bu kimi hallar ötən verlişlərdədə baş vermişdir.Beləki, efir mədəniyyətinə sığmayan ifadələrin işlədilməsi aparıcı və qonaqlar tərəfindən birinci hal deyil. Xatırladaq ki, verliş yanvarın 5-i yayımlanıb. Mövzu ilə bağlı telekanalın açıqlaması isə belə olmuşdur: "Buraxılışın efirə verilməsindən üç həftə sonra belə bir "qara piar”ın aparılmasını kimlərinsə məqsədinə xidmət edən və sifariş xarakterli kampaniya kimi qiymətləndiririk”.

Uluyol.info həmin video-dialoqu təqdim edir:

 

 

 

Sosial şəbəkələr üzərindən verlişin bağlanması ilə bağlı kompaniya başladılıb.

Verlişin bağlanması ilə əlaqəli kompaniyanın mətnini təqdim edirik:


 

"Xəzər televiziyasında yayımlanan 5-də 5 verilişinin aparıcısı Zaur Kamalı ifşa edirik. Təzəlikcə prezidentin sərəncamı ilə əməkdar mədəniyyət işçisi fəxri adı almasına baxmayaraq bir qram efir mədəniyyəti yoxdu. Bu yaxınlarda qonağı olduğu müğənni Damlaya qarşı hörmətsizlik edib. Sözüm odur ki, sizə güvənirəm. Bacardığınız qədər#Bağlansınsözünü haştağı ilə şərhə yazın. Beləlikcə sizin köməkliyinizlə həmin o verilişi bağlatdıracayıq. Bu postu MTRŞ saytına göndərəcəm tədbir görsünlər. Zəhmət olmasa paylaşın, çox adam görsün!"

 

*********

 

Aksiya dayandırıldı...


Uluyol.info ilə əlaqə saxlayan aksiya təşkilatçısı arada anlaşılmaz məqamların olduğu üçün ona aid olan fotofaktı silməyimizi rica etdi.Mətbu orqan olaraq qarşı tərəfin istəyin nəzərə alaraq həmin fotonu aradan qaldırdıq.


P.S. Bu gün televiziya kanalları, KİV və s. bu tipli  hadisələrin qarşısını almalıdır.Gündəmi zəbt edən şou əhlinə verilən saata ölkənin mövcud iqtisadi durumu ilə bağlı araşdırmalar aparılmalı, regionların inkişaf etdirilməsindən ötrü yollar axtarılmalıdır.Bu gün ən vacib missiya budur...



 

Uluyol.info


Вернуться назад