Главная > Region > Neftçalada sahibkara necə problem yaradılır... - ŞİKAYƏT VAR
Neftçalada sahibkara necə problem yaradılır... - ŞİKAYƏT VAR31-01-2017, 13:45. |
«3
il əvvəl mənə qış otlaq sahəsi kimi 500 hektar yer ayrılıb. Bu müddətdə həmin
sahədə heyvandarlıqla məşğul olmuşam. İndi fəaliyyətimi davam etdirmək üçün 40
min manat rüşvət tələb olunur». Neftçalalı sahibkar Rafil Həsənov 3 ildən
çoxdur ki, heyvandarlıqla məşğul olur. Bir müddətdir ki, rahatlıq tapa bilmir.
Səbəbini də ondan rüşvət tələb olunması ilə əlaqələndirir. Deyir, əgər istənilən
məbləği verməsə, otlaq sahəsi əlindən alınacaq: «Bununla da sahibkarlıq fəaliyyətimin
üstündən qara xətt çəkiləcək. İkinci dəfədir məndən rüşvət alınır. Bir dəfə işə
başlayanda alıblar, indi də görürlər işlər yaxşı gedir, bilirlər ki, qurduğum
bu boyda işdən keçməyəcəm, haradan olsa, toplayıb verəcəm».
Uluyol.info
Вернуться назад |