Главная > Video xəbər > Donald Trampın müqəvvasını ağacdan asdılar - VİDEO

Donald Trampın müqəvvasını ağacdan asdılar - VİDEO


31-01-2017, 20:11.

ABŞ-ın İndiana ştatının Fopt-Ueyn şəhərinin sakinlərini prezident Donald Trampın əlində sovet bayrağı ilə ağacdan asılan müqəvvası çox narahat edir.

 

Musavat.com xəbər verir ki, bu barədə məlumat yerli xəbər portalı olan "Wane.com"-da yer alıb.

 

Bəzi məlumatlara görə, müqəvvanı ağacdan amerikalı veteran asıb. Lakin veteran mətbuata danışmaqdan imtina edib. Yerli sakinlərin sözlərinə görə, müqəvva ağacdan ABŞ liderinin inauqurasiyasından sonra asılıb.

 

Yerli sakin Careda Peydenin fikrincə, bu hərəkət onun xoşuna gəlmir. Peyden bildirib ki, bu, Trampa səs verənlərə böyük hörmətsizlikdir.


 


Вернуться назад