Главная > Ümumi > Ərdoğanın baş müşaviri Rəsulzadənin məzarı üstdə-FOTO

Ərdoğanın baş müşaviri Rəsulzadənin məzarı üstdə-FOTO


31-01-2017, 18:12.

Türkiyənin keçmiş mədəniyyət və turizm naziri, Prezident Rəcəb Tayyib Ərdoğanın hazırda mətbuat üzrə baş müşaviri Yalçın Topçu Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə məzarını ziyarət edib.

 

Ölkə.az-ın məlumatına görə, Yalçın Topçu Məhəmməd Əmin Rəsulzadənin Ankarada yerləşən məzarı önünə gül dəstəsi qoyaraq, ona dualar oxuyub.

 

Ziyarət zamanı Yalçın Topçunun ailəsi də onunla bərabər olub.


 


Вернуться назад