Главная > Ölkə > Müsavat Novxanıda möhtəşəm mitinq keçirdi – FOTO, VİDEO

Müsavat Novxanıda möhtəşəm mitinq keçirdi – FOTO, VİDEO


31-01-2017, 18:44.

Bu gün Müsavat Partiyası Novxanı kəndində Azərbaycan Xalq Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 133-cü ildönümü münasibəttilə mitinq keçirdi.

Mitinqdə Müsavat başqanı Arif Hacılı, MSDM-in sədri İsa Qəmbər, Rəsulzadə irsinin araşdırıcısı Nəsiman Yaqublu, Müsavat başqanın müavinləri Yadigar Sadıqov və Səxavət Soltanlı, professor Almaz Əliqızı və D18 Hərəkatının sədri Ruslan İzzətli çıxış etdilər.

Çıxışlarda Xalq Cumhuriyyətinin yaradılmasında Rəsulzadənin rolu vurğulandı.

Müsavat başqanı Arif Hacılı öz çıxışında havanın soyuq olması və qar yağmasına rəğmən mitinqin izdihamlı olduğunu bildirdi. Müsavat Partiyası üzvlərinin Rəsulzadə yolunu mərdliklə davam etdirdiklərini və ölkədə tezliklə hakimiyyətin dəyişəcəyini vurğuladı.

Tədbirdə iştirak edən uşaqların ifasına Azərbaycanın müstəqilliyinə həsr olunmuş şeirlər dinlənildi. Aksiya Müsavatın himninin oxunması ilə başa çatdı.

Mitinqdə sonra aksiya iştirakçıları Rəsulzadənin Novxanı qəbirstanlığında uyuyan qohumlarının məzarlarını ziyarət etdilər.


Mustafa Hacıbəyli, bastainfo.com

 

 


 

 

 

 

 

IMG_0046

IMG_0047

IMG_0049

IMG_0050

IMG_0051

IMG_0055

IMG_0056

IMG_0057

IMG_0058

IMG_0061

IMG_0062

IMG_0063

IMG_0064

IMG_0065

IMG_0066

 

IMG_0069

IMG_0070

IMG_0071

IMG_0072

IMG_0074

IMG_0077

IMG_0078

IMG_0084IMG_0085

IMG_0087IMG_0089

 


Вернуться назад