Главная > Baş Xəbər > Müsavat yanvarın 31-də mitinq keçirəcək

Müsavat yanvarın 31-də mitinq keçirəcək


30-01-2017, 17:35.

Yanvarın 31-də Müsavat Partiyası Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin anadan olmasının 133-ci ildönümü ilə əlaqədar Novxanıda mitinq keçirəcək.

Bu haqda "Basta”ya məlumat verən Müsavat başqanının müavini Fərəc Kərimli bildirib ki, mitinq saat 12:00-da Rəsulzadənin Novxanıdakı abidəsi önündə başlayacaq.

"Bu, bir bayram mitinqidir. Tədbirdə cümhuriyyətimizin banisi Rəsulzadə anılacaq, onun davamçılarının çıxışları dinləniləcək”, – Fərəc Kərimli deyib.

"Həmin gün üçün sinoptiklər quru qar proqnozu veriblər. Bütün Rəsulzadə sevərləri qalın geyinməyə və həmin tədbirdə iştirak etməyə çağırıram”, – Fərəc Kərimli bildirib.

 


 

Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə anım mərasimləri keçirilib


bastainfo
Вернуться назад