Главная > Ölkə > Müsavatdan Qafqaz Universitetinin tələbələrinə dəstək

Müsavatdan Qafqaz Universitetinin tələbələrinə dəstək


30-01-2017, 18:27.

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın Mətbuat Departamentindən "Basta”ya verilən məlumata görə, iclasda əvvəlcəgörülən işlər və qərarların icrası barədə Divan üzvü Razim Əmiraslanlının məlumatı dinlənilib.

MSDM-in təşkilatçılığı ilə baş tutan "Dərinləşən böhran və cəmiyyət” mövzusunda keçirilmiş Dəyirmi Masada partiya üzvlərinin iştirakı təqdir edilib.

Müsavat Partiyasının Novxanı kəndində M.Ə.Rəsulzadənin doğum günü münasibəti ilə 31 yanvar tarixdə saat 12:00-da keçirəcəyi tədbirə hazırlıq işləri müzakirə edilib.

Başqan müavini Tofiq Yaqublu Müsavat Partiyasının Suraxanı rayon təşkilatının genişləndirilmiş Şura iclası barədə məlumatverib.

"Nardaran işi” ilə əlaqədar Fuad Qəhrəmanlı, Taleh Bağırzadə və başqaları barədə əsassız ittihamlarla ittihamedici hökm qəbul edilməsi pislənilib. Məhkəmənin bu qərarı əsassız, hakimiyyətin siyasi sifarişi ilə çıxarılmış amansız qərar kimi qiymətləndirilib.

Qafqaz Universitetinin bağlanması və tələbələrin başqa təhsil müəssisələrinə köçürülməsi zamanı yol verilən haqsızlıqlarla bağlı həm tələbələrdən, həm də onların valideynlərindən hər gün Müsavat Partiyasına çoxsaylı şikayətlər daxil olur. Müsavat Partiyası təhsil hüququnun fundamental hüquq olduğunu hakimiyyətin diqqətinə bir daha çatdıraraq bildirir ki, tələbələrin köçürülməsi ilə bağlı verilən ədalətsiz qərarlar insanların təhsil hüququnu pozur, onların şəxsi karyerası, eləcə də cəmiyyətin elmi inkişafına ciddi zərbə vurur. Müsavat Partiyası hakimiyyətdən bununla bağlı ortaya çıxan ədalətsizliklərə son qoymağı tələb edir.

Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslan Güney Azərbaycana, Azərbaycanın qədim şəhərləri Ərdəbil və Təbrizə səfəri barədə məlumat verib.

Müsavat Partiyası Güney Azərbaycanda siyasi fəal Siyamək Mirzayinin absurd ittihamlarla həbs edilməsini kəskin pisləyib və onun azadlığa buraxılmasını tələb edib.

Divanda Müsavat Partiyasının fevral ayında keçirəcəyi zona müşavirəsinin planları müzakirə edilib və müvafiq tapşırıqlar verilib.

Bastainfo.com

 

 


Вернуться назад