Главная > Siyasət > Fransada sosialistlər prezidentliyə namizədlərini müəyyənləşdirib

Fransada sosialistlər prezidentliyə namizədlərini müəyyənləşdirib


29-01-2017, 23:20.

 

Fransada hakim Sosialist partiyası prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilərin ikinci turunu keçirib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, seçkilərdə sabiq təhsil naziri Benua Amon qalib gəlib. Onun 58,65% səs topladığı bildirilir. B.Amonun yeganə rəqibi, Fransanın sabiq baş naziri Manuel Valsı 41,35% səs toplayıb.

 

Beləliklə, Benua Amon 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərində hakim partiyanın vahid namizədi olacaq.

 


Вернуться назад