Главная > Mədəniyyət > “Cesur ve Güzel“in aktrisası Ərdoğana “yox“ dedi

“Cesur ve Güzel“in aktrisası Ərdoğana “yox“ dedi


29-01-2017, 17:31.

"Cesur ve Güzel" serialında "Fügen" obrazını canlandıran Tilbe Saran ölkədə keçiriləcək referenduma "Yox" deyəcəyini açıqlayıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, fikrini belə açıqlayıb:

"Yeni konistitusiyaya "yox" deyirəm. Çünki seçdiyim millət vəkillərinin idarəçiliyi tək bir adama ötürməsinə etiraz edirəm. Ədaləti tək insanın öhdəsinə buraxmağa "yox" deyirəm. Ölkəmin təhlükəsizlik, təhsil, səhiyyə və siyasətini tək bir adama buraxmağa "yox" deyirəm. Azadlıqlar və demokratiya üçün "yox" deyirəm".

Qeyd edək ki, Türkiyədə parlament idarəçiliyindən prezident idarəçiliyinə keçmək üçün referendum keçiriləcək. Prezident Rəcəb Tayyip Ərdoğanı dəstəkləyən bəzi məşhurlar sosial mediada "Referenduma hə" kampaniyasına başlasalar da, onlara etiraz edən tanınmışlar da az deyil.


Вернуться назад