Главная > Video xəbər > Xaçmazlı hava ilə işləyən silah düzəltdi - Video

Xaçmazlı hava ilə işləyən silah düzəltdi - Video


29-01-2017, 21:23.

Xaçmaz sakini 16 yaşlı yeniyetmə müxtəlif silah maketləri hazırlayır. Onlardan diqqət çəkəni isə hava ilə işləyən silahdır. Snayperə oxşayan silah plastik materiallardan hazırlanıb. Onun gülləsi 200 metr uçur.

Xəzər xəbər-in məlumatına görə, məktəbli hava ilə işləyən pnevmatik silah düzəldib. Snayper formasında olan silah 50 metrdən təsiredici qüvvəyə malikdir.

Xaçmaz rayonu, Nərəcan kəndində yaşayan Həmdulla Xəlilov hazırladığı maketləri təkmilləşdirməyə çalışır və bu istəyinə müəyyən qədər nail olub.

O, hazırda "Kalaşnikov" avtomatı və pulemyotun maketi üzərində çalışır. Məktəbli siahların hazırlanmasında tullantı materiallardan istifadə edir. Maketlərin hissələri karton lövhələrdən və plastik materiallardan ibarətdir. O, yaxın gələcəkdə müxtəlif funksiyaları olan silah maketləri hazırlamaq niyyətindədir.


 


Вернуться назад