Главная > Aktual / Maraqlı > Bakıda gilasın bir kilosu 98 manata satıldı – FOTO

Bakıda gilasın bir kilosu 98 manata satıldı – FOTO


26-12-2015, 23:40.


Hazırda marketdə satılan gilasın qiyməti azı 2 dəfə bahalaşdırılıb”.

Bakıda fantastik qiymətə gilas satılır.

Uluyol.info hafta.az-a istinadən xəbər verir ki, paytaxtın "Sahil” metro stansiyasının yaxınlığında yerləşən dükanların birində yay meyvəsi olan gilasın 0,492 kiloqramı 48,22 azn-ə satışa çıxarılıb.

Bir kiloqramı isə 98 manat hesablanır.

Dükanın daimi müştərisi olan Bakı sakininin verdiyi məlumata görə, marketdə yay meyvələrinə əvvəl də rast gəlinirdi, amma indiki qiymətə yox:

"Hazırda marketdə satılan gilasın qiyməti azı 2 dəfə bahalaşdırılıb. Bahalaşma bütün ərzaq məhsulları və meyvələrində müşahidə olunur”.

Satıcıların bildirdiyinə görə, məhsulları onlara firmalar baha qiymətə satırlar.

ULUYOL.İNFO
Вернуться назад