Главная > Dünya > İsrail hərbçiləri fələstinli gənci güllələyib

İsrail hərbçiləri fələstinli gənci güllələyib


29-01-2017, 13:38.

İsrail hərbçiləri İordan çayının qərbində fələstinli gənci güllələyərək öldürüb.

 

APA-nın "France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, Fələstin Muxtariyyətinin qaçqınların məskunlaşdığı Cenin şəhərində İsrail hərbiçiləri ilə fələstinli qaçqınlar arasında toqquşma baş verib.

 

İsrail hərbçilərinin atəş açması nəticəsində 19 yaşlı Məhəmməd Əbu Xalifə ölüb.

 

Qeyd edək ki, hazırda dayandırılmış İsraillə sülh danışıqlarında fələstinlilər gələcəkdə iki müstəqil dövlətin sərhədinin 1967-ci ildəki "Altıgünlük müharibə”dən əvvəlki təmas xətti üzrə müəyyənləşdirilməsini istəyirlər.

 

Başqa sözlə, İordan çayının qərbində və Qəzza sektorunda müstəqil dövlətlərini yaratmaq, Şərqi Qüdsün paytaxtları olmasını istəyirlər. İsrail isə 1967-ci ildən əvvəlki sərhədlərə qayıtmaqdan imtina edir, özünün daimi və bölünməz paytaxtı elan etdiyi Qüdsü fələstinlilərlə bölmək istəmir.

 


Вернуться назад