Главная > Ümumi > Merkel Trampın qərarını tənqid etdi
Merkel Trampın qərarını tənqid etdi29-01-2017, 16:54. |
Almaniya kansleri Angela Merkel ABŞ ərazisinə müsəlman əhalinin üstünlük təşkil etdiyi ölkələrdən ABŞ-a səfərlərə qadağa qoyulmasını tənqid edib.
APA-nın "Spiegel” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Almaniya hökumətinin təmsilçisi Şteffen Zaybert bildirib. Ş. Zaybert deyib ki, A. Merkel terrorizmlə aktiv mübarizə zəruri sayır, ancaq bunun milli və dini mənsubiyyətinə görə insanlardan şübhələnmək üçün əsas vermədiyinə əmindir.
Xatırladaq ki, cümə günü D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb.
Вернуться назад |