Главная > Aktual > Tramp ABŞ-a Suriya qaçqınlarının girişini dayandırıb

Tramp ABŞ-a Suriya qaçqınlarının girişini dayandırıb


28-01-2017, 19:30.

Qaçqınların qəbuluna qadağa 120 gün ərzində tətbiq olunacaq.

 

ABŞ prezidenti Donald Tramp Suriya qaçqınlarının Amerikaya girişinə müvəqqəti qadağa qoyan sərəncama imza atıb.

 

O, həmçinin əhalisi əsasən müsəlmanlardan ibarət olan 6 ölkənin vətəndaşlarına vizaların verilməsini dayandırıb.

 

3 aylıq viza qadağası o cümlədən İran, İraq və Yəmən sakinlərinə tətbiq ediləcək.

 

"Suriya vətəndaşlarının qaçqın olaraq gəlməsi Birləşmiş Ştatların siyasətinə ziddir və mən əhəmiyyətli dəyişiklik barədə qərar verilənədək onların girişinə qadağa qoyuram...", - Donald Trampın imzaladığı sərəncamda deyilir.

 

Qaçqınların qəbuluna qadağa 120 gün ərzində tətbiq olunacaq. Bu müddət ərzində qüvvədə olan müvafiq qanunvericiliyin səmərəliliyi nəzərdən keçirilməlidir.

 

Sərəncama əsasən 2017-ci ildə ABŞ 50 mindən artıq qaçqın qəbul etməyəcək.

 

Bu arada miqrasiyaya nəzarət orqanları dini zəmində təqiblərə məruz qalan şəxslərə üstünlük verəcək.

 

Ötən il ərzində ABŞ 10 min suriyalını qəbul edib. Eyni müddət ərzində Kanada bu ölkədən 35 min qaçqına giriş vizası verib.

 

Seçki kampaniyası gedişatında Donald Tramp Amerikaya müsəlmanların girişinə qadağa qoyacağını vəd edirdi (BBC).

 


Вернуться назад