Главная > Mədəniyyət > Məşhur fransız aktrisa vəfat etdi

Məşhur fransız aktrisa vəfat etdi


28-01-2017, 20:33.

Fransanın teatr və kino aktrisası Emmanuel Riva 89 yaşında vəfat edib.

 

Trend xəbər verir ki, "Monde" qəzeti bu gün Parisdə gözlərini əbədi yuman aktrisanın 4 ildir xərçəng xəstəliyi ilə mübarizə apardığını yazıb.

 

Qeyd edək ki, E.Riva "Ən yaxşı qadın rolu" kateqoriyasında (2013-cü il - "Sevgi" filmi) "Oskar" mükafatına layiq görülən ən yaşlı aktrisa olub.

 


Вернуться назад