Главная > Siyasət > Qərbə Rusiya XƏBƏRDARLIĞI: “Bu, faciəvi səhv olacaq”

Qərbə Rusiya XƏBƏRDARLIĞI: “Bu, faciəvi səhv olacaq”


28-01-2017, 17:41.

"Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmaları yerinə yetirilməmiş ləğv edilərsə, bu, Qərbin faciəli səhvi olacaq”.

Publika.az "Obozrevatel” nəşrinə istinadən xəbər verir ki, bunu Ukraynanın avrointeqrasiya məsələləri üzrə naziri İvanna Klimpuş-Tsintsadze deyib.

"Rusiya Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirmir. Sanksiyalar Minsk razılaşmalarının yerinə yetirilməsindən sonra ləğv edilməlidir. Əks halda, bu, Qərb üçün faciəvi səhv olacaq”, - deyə nazir bildirib.

Qeyd edək ki, Rusiyaya qarşı beynəlxalq sanksiyalar 2014-cü ildən tətbiq edilməyə başlanır. Sanksiyalar Rusiyanın Ukraynaya qarşı təcavüzünün dayandırılması üçün siyasi və iqtisadi ölçülərdir. Sanksiyaları Avropa İttifaqı və ABŞ-dan başqa, Kanada Yaponiya, Norveç, İsveçrə, Avstraliya, Yeni Zelandiya, ümumiyyətlə 41 ölkə tətbiq edib.

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra sanksiyaların ləğvinin mümkünlüyü barədə fikirlər səslənir.

 


Вернуться назад