Главная > Baş Xəbər > Ərdoğandan İngiltərəyə mesaj: Daha fərqli olacaq

Ərdoğandan İngiltərəyə mesaj: Daha fərqli olacaq


28-01-2017, 18:45.

Suriya və İraq problemi Türkiyə ilə İngiltərə arasında böyük önəm kəsb edən məsələlərdəndir.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Tereza Meylə birgə mətbuat konfransı zamanı deyib.

"Koalisiya qüvvələri ilə Türkiyənin əməkdaşlığının daha fərqli bir çərçivədə olmasını istəyirik. Bu mövzuları aramızda müzakirə etdik”, - Ərdoğan bildirib.

İngilis nazir isə öz növbəsində bildirib ki, əlaqələrin inkişaf etdirilməsi hər iki ölkənin xeyrinədir.

Qeyd edək ki, Tereza Mey Türkiyədə səfərdədir.//axar.az


Вернуться назад