Главная > Dünya > İstanbul aeroportundakı partlayışı PKK üzərinə götürdü

İstanbul aeroportundakı partlayışı PKK üzərinə götürdü


26-12-2015, 19:51.

 

Dekabrın 24-nə keçən gecə İstanbuldakı "Sabiha Qökçen” hava limanında törədilən  partlayışa görə məsuliyyəti PKK terror təşkilatının qolu olan "Kürdüstan azadlıq şahinləri” qruplaşması öz üzərinə götürüb. APA-nın "Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı məlumatda bildirilir.  

 

Terrorçular dekabrın 23-nə keçən gecə "Sabiha Qökçen” hava limanını minaatanlardan atəşə tutduqlarını iddia edirlər. Qeyd edək ki, partlayış nəticəsində yaralanan iki xadimələrdən biri ölüb. Başından xəsarət alan 30 yaşlı qadın xəstəxanada keçinib.

 

Qeyd edək ki, "Kürdüstan azadlıq şahinləri” qruplaşması PKK terror təşkilatının bir qoludur. (APA)

 
ULUYOl.İNFO


Вернуться назад