Главная > Müsahibə > Azər Qasımlı Baş Prokurorluğa çağırıldı

Azər Qasımlı Baş Prokurorluğa çağırıldı


27-01-2017, 20:55.

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağırılıb. 

 

Bu barədə Arqument.Az-a Azər Qasımlı məlumat verib.

 

Onun sözlərinə görə, sabah saat 14:00-da İstintaq İdarəsinə çağırılıb: "Zəng edib sabah saat 14:00-da Baş Prokurorluğa çağırdılar. Bir azdan bu barədə geniş məlumat yayacağam". 

 

Qeyd edək ki, bu gün haqqın.az saytında REAl İdarə Heyətinin üzvlərinin İran səfirliyinin nümayəndələləri ilə görüşü barədə yazı dərc olunub. Həmin yazıda siyasi təşkilat İranla əməkdaşlıqda ittiham olunur. 

 

Həmin məlumatdan sonra Baş Prokurorluq məlumat yayaraq, araşdırma başlatdığını açıqlayıb. 

 


Вернуться назад