Главная > Cəmiyyət > MSDM böhran mövzusunda Dəyirmi Masa keçirdi-FOTOLAR

MSDM böhran mövzusunda Dəyirmi Masa keçirdi-FOTOLAR


27-01-2017, 18:12.

 

Bu gün Milli Strateji Düşüncə Mərkəzi (MSDM) "Dərinləşən böhran və cəmiyyət” mövzusunda Dəyirmi Masa keçirib.

Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə MSDM-in sədri İsa Qəmbər, istiqlalçı millət vəkili İsgəndər Həmidov, millət vəkili Arzu Səmədbəyli, "Turan” agentliyinin direktoru Mehman Əliyev, MSDM-in üzvü Vaqif Hacıbəyli, Borçalı cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı, MNTK sədri Sevinc Hüseynova, Divan üzvü Rafiq İsmayıl və digərləri iştirak ediblər.

MSDM-in sədri İsa Qəmbər böhrandan çıxışla bağlı qurumun bir il əvvəl irəli sürdüyü Yol Xəritəsini xatırladıb. Qeyd edib ki, bu müddət ərzində ölkə bütün sahələrdə geriləyib, böhran daha da dərinləşib, İlham Əliyev böhranda çıxışla bağlı hər hansı təsirli tədbir görə bilməyib.

Toplantıda ölkəmizdəki sosial-iqtisadi vəziyyət və cəmiyyətin mövcud böhrana münasibəti müzakirə edilib.(bastainfo)

 

 


Вернуться назад