Главная > Dünya > Afrikada yeni qırğınlar başlayır: 50 ölü

Afrikada yeni qırğınlar başlayır: 50 ölü


27-01-2017, 17:44.

Əş-Şəbab terror təşkilatı Somalidə yerləşən Keniya hərbi bazasına hücum edib.

 

Axar.az xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.

 

Kulbiyov bölgəsindəki Badhaade şəhəri yaxınlığında yerləşən bazaya hücum zamanı azı 50 nəfər həlak olub. Telekanal bazanın terrorçuların əlinə keçdiyini iddia edib.

 

Qeyd edək ki, ötən həftə bölgənin böyük qisminə nəzarət edən terrorçulara qarşı Keniya-ABŞ birləşmiş qüvvələri ortaq əməliyyat təşkil etmişdi.

 

Keniya birlikləri Somalidə Əş-Şəbaba qarşı aparılan beynəlxalq hərbi əməliyyatlarda iştirak edir.

 


Вернуться назад