Главная > Aktual > Suriya müxalifəti Rusiyanın Konstitusiya təklifinə «yox» dedi

Suriya müxalifəti Rusiyanın Konstitusiya təklifinə «yox» dedi


26-01-2017, 22:23.

Suriya müxalifəti Rusiyanın Astanadakı danşıqlar zamanı bu ölkə üçün təklif etdiyi Konstitusiya layihəsindən imtina edib.

Bu barədə «Bloomberg» nümayəndə heyətinin üzvü Əhya əl-Aridiyə istinadən məlumat yayıb.

«Ruslara dedik ki, Suriya Konstitusiyasını yazmağa yalnız suriyalıları haqqı var. Başqa ölkə tərəfindən yazılan Konstitusiya siyasiləşmiş olur», – deyə əl-Aridi bildirib.

O, Rusiyanın təklif etdiyi layihənin detallarını müzakirə etmək istəməyib.

Məlumata görə, Rusiyanın layihəsində prezidentin 7 il müddətinə seçilməsi nəzərdə tutulur və iki dəfə ard-arda seçilmək hüququ olmur.

Parlamentin iki palatalı olması və əsas hüquq mənbəyi kimi şəriətdən imtina edilməsi də təkliflər arasındadır.

Xatırladaq ki, yanvarın 23-də Astanada Suriya üzrə danışıqlar başlayıb.

Danışıqlarda Suriya hökuməti və müxalifəti, Rusiya, Türkiyə, İran, BMT və ABŞ təmsilçiləri iştirak edir.

 


Вернуться назад