Главная > Mədəniyyət > İranlı aktrisa "Oskar"ın təqdimat mərasiminə getməkdən imtina edib

İranlı aktrisa "Oskar"ın təqdimat mərasiminə getməkdən imtina edib


26-01-2017, 19:51.

Xarici dildə ən yaxşı film nominasiyasında "Oskar" mükafatına namizəd olan "Kommivoyajör" filmində baş rolu ifa edən iranlı aktrisa Təranə Əlidusti mükafatlandırma mərasiminə getməkdən imtina edib.

 

"Report" RİA "Novosti"yə istinadən xəbər ki, o, bu addımı ABŞ Prezidenti Donald Trampın immiqrasiya barədə fərmanlarına etiraz olaraq atıb.

 

"Trampın iranlılara viza verilməsinə qadağa qoyması irqçi hərəkətdir. Bunun mədəni tədbirə nə dərəcədə təsir etdiyini bilmirəm, amma mən etiraz əlaməti olaraq 2017-ci ildə mərasimə getməyəcəyəm" - aktrisa "Twitter" hesabında yazıb.

 

Qeyd edək ki, "Oskar" mükafatının təqdimetmə mərasimi bu il fevralın 26-da Hollivudda keçiriləcək.


Вернуться назад