Главная > Aktual > Tramp Obamanın Fələstinə ayırdığı 221 mln. dollar yardımı dayandırıb

Tramp Obamanın Fələstinə ayırdığı 221 mln. dollar yardımı dayandırıb


26-01-2017, 20:27.

ABŞ prezidenti Donald Tramp Fələstin üçün ayrılan 221 mln. dolların köçürülməsini dondurub.

 

APA-nın xəbərinə görə, bu barədə "The Times of Israel” məlumat yayıb. Məlumata görə, ABŞ nümayəndələri Fələstinin baş naziri Rami Həmdullahı vəsaitin köçürülməyəcəyi barədə məlumatlandırıblar.

 

Əvvəlki prezident Barak Obama səlahiyyətlərinin başa çatmasına bir neçə saat qalmış Fələstinə 221 mln. dollar həcmində yardımın ayrılmasına dair sərəncam imzalamışdı.


Вернуться назад