Главная > Aktual > Lavrov PKK liderləri ilə Moskvada görüşür

Lavrov PKK liderləri ilə Moskvada görüşür


26-01-2017, 21:48.

Rusiya PYD-dən üç nəfərin Moskvaya göndərilməsini istəyir.

 

Axar.az xəbər verir ki, bunu "Sputnik” agentliyinə açıqlamasında PYD-nin Fransadakı nümayəndəsi Xalid İsa söyləyib. O, bu şəxslərin Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşəcəyini bildirib:

 

"Rusiya Suriya böhranının həllində bizim düşüncələrimizi öyrənmək üçün 4 gün əvvəl PYD-ni Moskvaya dəvət etdi. PYD-dən Rusiyaya mən, Ənvər Müslim və Asya Abdullahın getməsi istənilir. Biz dəvəti qəbul etmişik. Lavrovla görüşümüz sabah saat 09:00-da olacaq”.

 

Qeyd edək ki, PYD PKK terror təşkilatının Suriya qanadıdır. Terror təşkilatı kürdlərə Suriyada muxtariyyət verilməsinə çalışır.



Вернуться назад