Главная > Dünya > Rusiyadan Türkiyəyə xoş xəbər

Rusiyadan Türkiyəyə xoş xəbər


26-12-2015, 19:25.

Rusiyadan Türkiyəyə xoş xəbər - İşlərinə davam edəcəklər

Rusiya hökuməti 53 şirkətə türk işçiləri işlətmək üçün icazə verib.

 Rusiya hökumətinin rəsmi saytında yer alan məlumata görə, Başqırdıstan, Krım, Tatarıstan, Krasnodar, Vladimir, Kaluga, Moskva, Nijniy Novqorod, Samara və Tümen bölgələrində fəaliyyət göstərən 53 şirkətin, Rusiyanın Türkiyəyə tətbiq etdiyi sanksiyaların xaricində qaldığı bildirilir. Sözügedən şirkətlərin növbəti il də türk işçi çalışdırmaqlarına icazə verilib.

İnşaat, avtomobil və təchizat sahələrində fəaliyyət göstərdiyi bildirilən şirkətlərin siyahısı hələ yayınlanmayıb.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putinin, 28 noyabrda imzaladığı Türkiyəyə qarşı iqtisadi sanksiyalar barədə qərarına əsasən Rusiyada fəaliyyət göstərən şirkətlərin, 1 yanvar 2016-cı ildən etibarən Türkiyə vətəndaşlarının işə qəbuluna da qadağa qoyulmuşdu.(dunyamedia.az)

ULUYOL.İNFO
Вернуться назад