Главная > İdman > Reynaldo “Qarabağ”dan getdi

Reynaldo “Qarabağ”dan getdi


25-01-2017, 23:35.

"Qarabağ"ın tarixində ən yaxşı legionerlərdən biri kimi iz buraxan Reynaldo Silva bundan sonra Türkiyədə oynayacaq.

 

Türkiyənin "Adanaspor" klubu braziliyalının transfer məsələsində istədiyinə nail olub. Reynaldo üçün növbəti dəfə Ağdam klubunun "qapısını döyən” Super Liqa təmsilçisi "hə” cavabı ala bilib. Bu barədə yerli "Sabah” nəşri iddia yayıb.

 

Mənbədə bildirilir ki, Adana klubu artıq Reynaldo ilə bütün məsələlərdə razılığa gəlib. Böyük ehtimalla Reynaldo sabah "Adanaspor”la 2,5 illik müqavilə imzalayacaq.


Вернуться назад