Главная > Ölkə > "Neftçalada Yanvar Qırğını"ndan 27 il ötdü-VİDEO

"Neftçalada Yanvar Qırğını"ndan 27 il ötdü-VİDEO


25-01-2017, 18:16.

"25 yanvar Neftçala qırğını"ndan 27 il ötdü. 1990-ci il Yanvar hadisələri ardıcıl olaraq Neftçala və Lənkəranda yaşanıb.

Uluyol.info xəbər verir ki, 1990-cı il yanvarın 25-i Neftçala rayonuna daxil olmuş Sovet ordusu fəal azadlıq mübarizəsi aparan onlarla şəxsi yaralamış, iki nəfər şəhid olmuşdur. Bundan əlavə rayonun maddi infranstrukturuna xeyli ziyan vurulmuşdur.


Hər ilin bu günü (25 yanvar) rayon ictimaiyyəti Şəhidlər Xiyabanını ziyarət edirlər.



1992-ci il "Azadlıq uğrunda mübariz" fəxri adı hazırlanır və aşağıda göstərilən şəxslər bu ada layiq görülüblər:



1.Ağahüseynov Nürəddin Aslan oğlu (ölümündən sonra)

2.Cəfərov Əbülfəz Böyükağa oğlu (ölümündən sonra)

3.Orucov Şəmsəddin Əbilhəsən oğlu (ölümündən sonra)

4.Ağayev Bəxtiyar Ağahüseyn oğlu
5. Talıbov Ələkbər Məmmədəli oğlu

6.Dadaşov Novruz Allahverdi oğlu

7.Məmmədov Əliheydər Xanəhəd oğlu

8.Nəcəfov Nizami Əbil oğlu

9.Hüseynov Natiq Mirzağa oğlu

10.Hüseynov Fərman Kamran oğlu

11.Hüseynov Ramiz Cəfər oğlu

12.Fərziyev Məhəmməd Təzəxan oğlu


Neftçala və Lənkəran rayonlarında baş vermiş Yanvar Qırğınları təəsssüf ki, lazımı qədər ictimailəşməyib.Bu gün Azərbaycanımızın müstəqilliyi məhz həmin anların əli yalın şahidləridir...

 

İnternet resursları üzərindən bu hadisələrlə bağlı axtarış verəndə çox az sayda informasiya ortaya çıxır. Bu informasiyalardan biri də aşağıdakı videomaterialdır.


 

 

Allah bütün Vətən uğrunda canından keçən şəhidlərimizin ruhun şad eləsin. 

 


Uluyol.info

Saday Fərəcov


Вернуться назад