Главная > Ümumi > İsrail BMT-yə məhəl qoymadı

İsrail BMT-yə məhəl qoymadı


24-01-2017, 20:54.

İsrail Müdafiə naziri Aviqdor Liberman İordan çayının qərb sahilində 2500 evlik yeni yaşayış sahəsinin salınması ilə bağlı qərarı təsdiqləyib.

 

Axar.az xəbər verir ki, evlərin əksəriyyətinin keçmiş yaşayış massivlərində yerləşəcəyi bildirilib.

 

Bundan əlavə, 100 evin Beit Əl adlı ərazidə inşa ediləcəyi vurğulanıb.

 

Qeyd edək ki, İsrail mediası Beit Əldəki evlərin tikintisi üçün ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin maliyyə ayırdığını iddia edib.


Вернуться назад