Главная > Mövqe > Rusiya ABŞ-a raket zərbəsi endirəcək? - Nyu York Tayms

Rusiya ABŞ-a raket zərbəsi endirəcək? - Nyu York Tayms


23-01-2017, 22:57.

"Nyu York Tayms” qəzetinin hakerlər tərəfindən ələ keçirilən "@NYTvideo” adlı Tvitter hesabında Rusiyanın ABŞ-a raket zərbəsi endiricəyi bildirilib.

Axar.az xəbər verir ki, nəşrin Tvitter hesabına səhər saatlarında kiber hücumlar təşkil edilib.

"Son dəqiqə: Vladimir Putin ABŞ-a raket zərbələri endiricəyi ilə bağlı məlumat ötürüb” başlığı ilə paylaşılan xəbərdə Putinlə Trampın fotoları da yerləşdirilib və 1 saatdan sonra silinib.

Daha sonra sözügedən hesabdan yayılan açıqlamada, "Bu səhifədən bizim icazəmiz olmadan paylaşılan məlumatı sildik. Məsələ ilə bağlı araşdırma aparırıq”, deyə bildirilib.



Вернуться назад