Главная > Ölkə > Tanınmış jurnalist Çingiz Sultansoy mühacirət edib

Tanınmış jurnalist Çingiz Sultansoy mühacirət edib


23-01-2017, 16:54.

Tanınmış jurnalist Çingiz Sultansoy mühacirətə gedib.

 

O, Almaniyaya gedib və sığınacaq almaq üçün müraciət edib. Məlumata görə, jurnalist artıq qaçqınların ilkin sığınacağına – düşərgəyə yerləşib.

 

Ç.Sultansoy 1952-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsini bitirib.

 

90-cı illərin bir neçə populyar televiziya proqramının, o cümlədən «Jurnalist araşdırması», «Kontakt» kimi verilişlərin aparıcısı və müəllifi olub.

 

Bir neçə filmin – «Hissizliyin anatomiyası», «Utanmağın anatomiyası», «Azərbaycan. Prezident seçkiləri -2003» və digərlərinin ssenari müəllifidir.

 

Yazıları Rusiya, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, İsrail və başqa ölkələrin mətbuat orqanlarında dərc olunub.

 

2004 və 2009-cu illərdə «Media açarı» mükafatına layiq görülüb (Cebhe.info).


Вернуться назад