Главная > Video xəbər > ATV Lavrovu yıxıb-sürüdü: "O ermənilər kimi sərsəm danışdı" - VİDEO

ATV Lavrovu yıxıb-sürüdü: "O ermənilər kimi sərsəm danışdı" - VİDEO


22-01-2017, 21:42.

ATV-də yayımlanan "Həftə sonu" verilişində Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov kəskin tənqid edilib.

 

Uluyol.info azxeber.com-a istinadən xəbər verir ki, "İmperiya nostaljisi, imperialist bəyanat" adlanan süjetdə Rusiya haqda tənqidi fikirlər səslənib. Qeyd olunub ki, Lavrov özünü Rusiyanın deyil, Ermənistanın xarici işlər naziri kimi aparıb və o bu cür sərsəm bəyanat verməli deyildi.

 

Eyni zamanda telekanal azərbaycanlı jurnalistin də sualının haqlı və məntiqli olduğunu vurğulayıb.

 

Süjetdə həmçinin Azərbaycanın xarici işlər nazirliyinin cavabı da birmənalı qarşılanmayıb. Aparıcı Vaqif Aydınoğlu qeyd edib ki, XİN-in Rusiyaya verdiyi cavab cavabdan çox, reaksiyaya oxşayıb.

 

ATV əməkdaşı Ülviyyə Zülfüqarın hazırladığı həmin süjeti təqdim edirik:



Вернуться назад