Главная > Müsahibə > Ceyhun Əlizadə: "Ölkədə məmur özbaşınalığı ən yüksək postlarda oturanlara da məlumdur"

Ceyhun Əlizadə: "Ölkədə məmur özbaşınalığı ən yüksək postlarda oturanlara da məlumdur"


22-11-2015, 21:03.

Sahibkar Ceyhun Əlizadə ölkə iqtisadiyyatı və sahibkarlığa qarşı yerli icra orqanlarının "səlib yürüşü” haqda uluyol.info-nun elektron ünvanına yolladığı araşdırma yazısını oxuculara təqdim edirik:

Xalqın malını, sərvətini talayaraq özlərinə xoş güzəran quran məmurlar açıq-aşkar şəkildə insanları təhdid etmək və hədələməkdən belə çəkinmirlər.

 Ümumiyyətlə ölkədə məmur özbaşınalığı ən yüksək postlarda oturanlara da məlumdur.

Azərbaycanda məmur özbaşınalığının qarşısının alınmamasının bir səbəbi var - cəzasızlıq. Ölkədə cəzasızlıq mühiti hökm sürür. Onlarla, yüzlərlə məmurun heç bir çərçivəyə sığmayan qanun pozuntusu bütün ölkə mətbuatında qeyd olunub. Ölkə rəhbərləri də o faktları etiraf edib. Amma bu vaxta qədər bir nəfər belə o məmurdan cəzalanmayıb. Əksinə son vaxtlar ölkədə sahibkarlara qarşı məmur özbaşınalığı daha da çoxalmaqdadır. Azərbaycanı müxtəlif qruplaşma və mafialar idarə edir. Ölkəmizi bürüyən məmur özbaşınalığı dediklərimizi sübutdur. Baxça, məktəb, universitet, icra hakimiyyəti və dövlət idarələrində baş verən məmur özbaşınalığı hamıya məlumdur. Xalqın malını, sərvətini talayaraq özlərinə xoş güzəran quran məmurlar açıq-aşkar şəkildə insanları təhdid etmək və hədələməkdən belə çəkinmirlər. Dövlət idarələrini sanki dədə malı kimi yeyib talayan məmurlar heç kəsdən qorxmayaraq ölkəmizdə at oynadırlar.

Ölkəmizdə məmurlar o qədər harınlayıb ki, hətta övladlarının törətdiyi özbaşınalıqlara belə göz yumur. Bu qədər harınlaşmış məmurlar və məmur balaları olan bu məmləkətdə yaşamaq belə təhlükəli olub. Bu məmur özbaşınalığı elə bir qorxulu həddə çatıb kı, belə getsə harınlaşmış məmur balaları küçədə gedə-gedə camaatın balalarını tutub zorlamaqdan belə çəkinməzlər. Həqiqətən də vəziyyət çox çətindir. Xalqımız çox əziyyət çəkir. Bir tərəfdən nazirlər, icra başçıları, digər tərəfdən komitə və bələdiyyə sədrləri, məhkəmələr daraşıblar bu xalqın canına. Bacardıqları qədər xalqı soymağa çalışırlar. Ancaq bir şeyi undublar ki, hər şeyin sonu var.

Uluyol.info

 


Вернуться назад