Главная > İdman > "Milan" İtaliya çempionatında "Napoli"yə məğlub olub

"Milan" İtaliya çempionatında "Napoli"yə məğlub olub


22-01-2017, 10:51.

"Milan" futbol üzrə İtaliya çempionatının 21-ci turunda doğma meydanda "Napoli"yə 1:2 hesabı ilə məğlub olub.

"Report” xəbər verir ki, qonaqların heyətində Lorenso İnsinye (6-cı dəqiqə) və Xose Kalyexon (9) fərqlənib. Ev sahiblərinin yeganə qolunu Yuray Kutska (37) vurub.

"Napoli" bu qələbə sayəsində ölkə çempionatında məğlubiyyətsizlik seriyasını uzatmış olub. Klub hazırda 21 oyundan sonra aktivində 44 xal ilə turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. "Milan" 20 oyuna topladığı 37 xalla 5-ci mövqedə gedir.

 


Вернуться назад