Главная > İqtisadiyyat > Siqaretlər yenə BAHALAŞDI

Siqaretlər yenə BAHALAŞDI


22-01-2017, 09:11.

Azərbaycanda pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb.

Siqaretlərin qiymətində orta hesabla 10-20 qəpiklik artım müşahidə olunur.

Satıcılar deyir ki, qiymət artımı bütün markalara şamil olunub. Onların sözlərinə görə, qiyməti 2 manatadək olan siqaretlər 10 qəpik, 2 manatdan yüksək olanlar isə 20 qəpik bahalaşıb.

Pərakəndə satış ilə məşğul olanlar qiymət artımını tütün məmulatların nağd pulla topdan satışının qadağan olunması ilə izah edir.(APA)

 


Вернуться назад